Ukrayna Azərbaycanla yükdaşıma tariflərini müzakirə edəcək

Ukrayna Azərbaycanla yükdaşıma tariflərini müzakirə edəcək

"Ukrayna dəmir yollarının" rəhbərliyi Azərbaycanlı və Gürcüstanlı həmkarları ilə görüşəcək. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna İnfrastruktur naziri Vladimir Omelyan deyib.

Onun sözlərinə görə, görüş zamanı bu ölkələrin ərazisindən yük daşınması üçün tariflərin müzakirəsi keçiriləcək.

Qeyd edək ki, Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin (Xəzər və Qara dənizi vasitəsilə) marşrutu üzrə sınaq konteyner qatarı yanvarın 15-də İlyiçevskdən yola düşərək yanvarın 31-də Çinə çatıb.

0
10