Paralimpiyaçılarımız Rio-2016-ya "gümüş"lə start verdilər

Paralimpiyaçılarımız Rio-2016-ya "gümüş"lə start verdilər

Rio-2016 Paralimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, cüdoçumuz Bayram Mustafayev mübarizəni gümüş medalla başa vurub.

66 kq çəki dərəcəsində yarışan idmançımız turnirə 1/4 finaldan start verib. O, ilk olaraq meydan sahibi Oliviera Botoya qalib gəlib. Təmsilçimizin yarımfinaldakı rəqibi yapon Satoşi Fujimoto olub. Bu dəfə də qələbəyə sevinən Mustafayev qızıl medal uğrunda özbəkistanlı Utkirjon Niqmatovla qarşılaşıb.

Rəqibinə məğlub olan cüdoçumuz 4 illiyin ən möhtəşəm yarışını ikinci olaraq tamamlayıb.

Eyni gündə tatamiyə çıxan digər təmsilçimiz Ramin İbrahimov (60 kq) isə 5-ciliklə kifayətlənməli olub. 1/8 finalda Eduardo Qautonu (Argentina) yolundan kənarlaşdıran təmsilçimiz 1/4 finalda qazaxıstanlı Anuar Sarıyevdən üstün olub. Yarımfinal mübarizəsində özbək Şirzod Namozova uduzan Ramin üçünlük uğrunda mübarizəni də məğlub başa vurub. Monqolustanlı Uqanxu Bolorma həmyerlimizdən üstün olub.

0
10