Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Vladimir Putin və Rəcəp Tayyib Ərdoğan iki ölkə arasında olan münasibətləri, bundan sonra əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Telefon danışığı zamanı Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Suriya münaqişəsinin həllinə yardımla bağlı səylərin koordinasiya edilməsi məqsədi ilə müxtəlif kanallarla aktiv əlaqələrin davam etdirilməsi razılaşdırılıb.

0
17