FİFA-dan “Real” və “Atletiko”ya – QADAĞA

FİFA-dan “Real” və “Atletiko”ya – QADAĞA

Beynəlxalq Futbol Federasiyasının (FİFA) Apellyasiya komitəsi Madridin “Real” və “Atletiko” klublarının yeni oyunçuları qeydiyyatdan keçirmək qadağasına verilmiş apellyasiya şikayətlərini təmin etməyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, sentyabrın 8-də, təşkilatın saytında məlumat verilir.

Bildirilir ki, qadağa yaxın iki transfer pəncərəsinə yayılır. Sanksiya klubların 18 yaşdan aşağı futbolçuların transfer qaydalarının pozulmasına görə tətbiq edilib.

Madrid klubları bu qış və gələn yay yeni oyunçuları qeydiyyatdan keçirə bilməyəcəklər. Bundan əlavə “Real” və “Atletiko” müvafiq olaraq 825 min və 330 min avro məbləğində cərimələnib.

Bununla belə qadağa Madrid klublarının qadın, futzal və çimərlik futbolu komandalarına şamil edilmir. Həmçinin komandalara oyunçuları satmaq qadağası qoyulmayıb.

“Real” klubu İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verəcəyini bəyan edib.

0
16