Putinin köməkçisi qəzaya düşdü

Putinin köməkçisi qəzaya düşdü

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov Moskvada Kremlə gedərkən qəzaya uğrayıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Yeni Arbat prospektində qeydə alınıb. Salonunda Surkovun olduğu AMP hökumət seriyalı nömrə nişanlı BMW markalı avtomobil ayrılmış hərəkət zolağında geri dönüş manevri edən “Ford Galaxy” markalı taksi avtomobilinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Putinin köməkçisi hadisə yerini dərhal başqa avtomobillə tərk edib.  

0
14