Yerevanın keçmiş meri Ermənistanın yeni baş naziri oldu

Yerevanın keçmiş meri Ermənistanın yeni baş naziri oldu

Ermənistanın hakim Respublika Partiyası Yerevanın keçmiş meri Karen Karapetyanın baş nazir postuna namizədliyini təsdiqləyib.

Oxu.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komitəsinin rəhbəri Artak Zakaryan məlumat verib.

A.Zakaryan bildirib ki, bu iclasın gündəliyində yeganə məsələ, Karen Karapetyan isə yeganə namizəd olub və o, iclasda iştirak edib.

Qeyd edək ki, Karen Karapetyan baş nazir postunda Ovik Abramyanı əvəzləyəcək. Ovik Abramyan bundan əvvəl istefa verdiyini elan edib.

0
17