Ermənistanda baş naziri əvəzləyəcək şəxs bəlli oldu

Ermənistanda baş naziri əvəzləyəcək şəxs bəlli oldu

Ermənistanın hakim Respublika partiyası baş nazir postuna Rusiyanın “Qazprom” şirkətinin nümayəndəsi Karen Karapetyanın namizədliyini təsdiqləyib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq qərar Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi partiyanın icra orqanının və şurasının iclaslarında qəbul olunub.    

Qeyd edək ki, Karen Karapetyan  baş nazir postunda Ovik Abramyanı əvəzləyəcək. Ovik Abramyan bundan əvvəl istefa verdiyini elan edib.

0
12