FİFA-dan La Liqa nəhənglərinə ŞOK qadağa

FİFA-dan La Liqa nəhənglərinə ŞOK qadağa

FİFA ispan nəhəngləri “Real” və “Atletiko”ya iki dönəm transfer qadağası qoyub. Apasport.az saytının məlumatına görə, buna səbəb Madrid təmsilçilərinin 18 yaşdan aşağı futbolçuların transferləri zamanı yol verdikləri qanun pozuntularıdır.

Daha əvvəl hər iki klub haqqında qərar verilsə də, sonradan komandalar qərarın təxirə salınması haqqında ali futbol qurumunun Nizam İntizam Komitəsinə müraciət etmişdilər. Qurum isə rəsmi saytı vasitəsilə məlumat yayıb ki, onların bu müraciəti təmin olunmayıb.

Transfer qadağasından əlavə “Atletiko”ya 900 min, “Real”a isə 360 min İsveçrə frankı miqdarında cərimə tətbiq edilib.

“Kral klubu” isə bu qərarla bağlı CAS-a şikayət edəcəyini bildirib.

0
19