Türkiyə ordusu Suriyada dörd şəhəri nəzarətə götürdü

Türkiyə ordusu Suriyada dörd şəhəri nəzarətə götürdü

Türkiyə Silahlı Qüvvələri Suriyada dörd yaşayış məntəqəsini nəzarətə götürüb.

Oxu.Az xəbərinə görə, bu barədə Reuters agentliyi hərbçilərin bəyanatına istinadən məlumat verir.

Onların sözlərinə görə, “Fərat qalxanı” əməliyyatı zamanı Türkiyə ordusu Kantara, Əs-Sehid, Əl-Humran və Taşlıquyuk şəhərlərinə daxil olub.

Rəsmi Ankara bildirib ki, bu İŞİD terrorçularının Türkiyə sərhədlərindən kənarlaşdırılmasından sonra kürd yaraqlılarının onların mövqeylərini tutmaması üçün vacib bir addım idi.

0
15