Millimizdən 3 bərabərlik, 2 qələbə, 1 məğlubiyyət

Millimizdən 3 bərabərlik, 2 qələbə, 1 məğlubiyyət

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun matçları keçirilib. Apasport.az saytının məlumatına görə, bir günlük istirahətdən sonra kişilərdən ibarət əsas millimiz Yunanıstanla üz-üzə gəlib. Görüş bərabərliklə başa çatıb - 2:2.

İkinci komandamız Rumıniyaya məğlub olduğu halda (2.5:1.5), üçüncü yığmamız Qanaya şans verməyib - 4:0.

Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstan olub. Xanımlarımız qonşularımızla oyunda xalları yarı bölüb. İkinci millimiz də Çexiya ilə eyni nəticəyə razılaşıb. Üçüncü komandamız isə Çilini məğlub edib.

0
16