SNAM: İlk Azərbaycan qazı İtaliyaya 2020-ci ildə çatacaq

SNAM: İlk Azərbaycan qazı İtaliyaya 2020-ci ildə çatacaq

Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə ilk Azərbaycan qazı 2020-ci ilin yanvarında İtaliya bazarına çatacaq.

Oxu.Az-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə “Snam S.A” şirkətinin baş icraçı direktoru Marko Alvera (Marco Alvera) deyib.

M.Alvera bildirib ki, TAP-ın çəkilməsinə görə Puqlia (Puglia) ərazisində 231 zeytun ağacının yeri dəyişdiriləcək:

“İlkin mərhələdə 231, sonra isə 1700 zeytun ağacının yeri dəyişdiriləcək. Cənub Qaz Dəhlizi layihəsi 50 mlrd. ABŞ dolları dəyrindədir və bizim üçün strateji əhəmiyyətə malikdir. TAP-ın İtaliya üzrə ölkə meneceri Mişel Mario Elia (Michele Mario Elia) da ilk Azərbaycan qazının 2020-ci ildə İtaliyaya çıxacağını təsdiq edib”.

Qeyd edək ki, “Snam” şirkəti SGC-nin tərkib hissəsi olan TAP-da 20% paya malikdir.

Xatırladaq ki, TAP layihəsinin digər səhmdarları isə SOCAR (20%), BP (20%), “Fluxys” (19%), “Enagas” (16%) və “Axpo” (5%) şirkətləridir.

0
9