Rio-2016: Daha bir cüdoçumuz yarımfinala yüksəldi

Rio-2016: Daha bir cüdoçumuz yarımfinala yüksəldi

Azərbaycan cüdoçusu Bayram Mustafayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Oxu.Az-ın məlumatına görə, 66 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/4 final mərhələsində braziliyalı Halison Oliviera Botoya qalib gəlib.

Təmsilçimiz yarımfinalda Yaponiya idmançısı Satoşi Fujimoto ilə qarşılaşacaq.

0
8