Azərbaycanlı prodüser və aparıcı özünə bəysiz nişan etdi – FOTO

Azərbaycanlı prodüser və aparıcı özünə bəysiz nişan etdi – FOTO

Ötən gün azərbaycanlı prodüser və aparıcı Humay Muxtarova özünə bəysiz nişan mərasimi keçirib.

Oxu.Az xəbər verir ki, şəhər restoranlarından birində baş tutan tədbirdə prodüser həm də doğum gününü qeyd edib. Məclisdə prodüserin və bəyin yaxın qohumları, şou nümayəndələrinin az bir qismi iştirak edib.

Nişan üzüyünü H.Muxtarovanın bundan əvvəlki evliliyindən olan qızı Nuray anasının barmağına taxıb.

Bu barədə Oxu.Az-a açıqlama verən Humay Muxtarova məclisə çox adamı dəvət etmədiyini və nişanlısını çox qısqandığını bildirib:

“Bəyin adı gizli qalsın, onu çox sevirəm və qısqanıram. Bu aləmdə və ətrafımda məni sevməyən çoxdur, onun üçün ən məsləhətlisi budur”.

O, nişanlısının işgüzar səfərdə olduğunu deyib:

“Doğum günümdə nişanımı qeyd etmək nişanlımın ideyası idi. Özü Maltada işgüzar səfərdə olsa da, mənə dedi ki, nişanı mənsiz keçir. O, indi yanımda olmasa da, ürəyi mənimlədir. İnşallah, məhərrəmlik ayından sonra vətənə qayıdacaq və toy edəcəyik”.

İkinci dəfə ərə gedəcək prodüser gələcək həyat yoldaşı ilə tanışlıq tarixçəsindən də söz açıb:

“Onunla iki ildir ki, dostluq edirik. Maltada yaşayan azərbaycanlıdır. Mən inanmırdım ki, münasibətimiz dostluqdan sevgiyə çevrilə bilər. Amma həyatın təsadüflərindən qaçmaq olmur. Evlənəndən sonra, o, artıq şirkətini Azərbaycanda quracaq və burada yaşayacağıq. Əsas odur ki, qızıma atalıq edə biləcək kişidir”.

Aytən Sadıqzadə

0
31