Bu şəxslərə vergi güzəşti olacaq -Qanuna dəyişiklik

Bu şəxslərə vergi güzəşti olacaq -Qanuna dəyişiklik

Əlillərin, məcburi köçkün və qaçqınların, əhalinin güzəşt hüququ olan digər kateqoriyalarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə onların aylıq gəlirlərinin vergidən azad olunan məbləğləri 2 dəfəyədək artırılıb.

Lent.az-ın “Vergiler.az” saytına istinadən xəbərinə görə, bu, vergi qanunvericiliyində edilmiş dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, I-II qrup müharibə əlillərinə muzdlu işlə əlaqədar aylıq gəlirinin vergi tutulan məbləğinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan güzəşt hüququ bütün qruplardan olan müharibə əlillərinə şamil edilib.

0
12