Rusiyada azərbaycanlı narkotik satmaqda şübhəli bilinir

Rusiyada azərbaycanlı narkotik satmaqda şübhəli bilinir

Rusiyanın FTX Murmansk üzrə İdarəsinin və DİN Baykal üzrə idarəsinin əməkdaşları 2013-cü ildə Çitada 3,4 kq yaxın heroini satmaqda şübhəli bilinən Azərbaycan vətəndaşı Fəttayev Seymuru saxlayıblar.

Oxu.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

“İstintaqın versiyasına görə, o, cinayətkar qrupun tərkibində iri həcmdə, daha dəqiq 3,4 kq heroinin satışında iştirak edib”, - məlumatda FTX vilayət üzrə idarəsinin mətbuat katibinin sözlərində sitat gətirilir.

Məlumata görə, o, Çitaya göndərilir.

N.O.

0
12