Sabah “Eurovision-2017”-yə sahiblik edəcək şəhərin adı açıqlanacaq

Sabah “Eurovision-2017”-yə sahiblik edəcək şəhərin adı açıqlanacaq

Sentyabrın 9-da “Eurovision-2017”-yə sahiblik edəcək şəhərin adı açıqlanacaq.

Oxu.Az bu barədə “Strana.ua”ya istinadən xəbər verir.

“Sabah saat 13:00-da Nazirlər Kabinetində mətbuat konfransı keçiriləcək. Həmin konfransda gələn ilin may ayında “Eurovision” müsabiqəsini qəbul edəcək şəhərin adı açıqlanacaq”, - Ukraynanın Mili Televiziya şirkətinin baş direktoru Zurab Alasaniya bildirib.

Bu informasiyanı Ukrayna hökumətinin mətbuat xidməti də təsdiqləyib.

İnfrastruktur naziri Vladimir Omelyan öz növbəsində müsabiqənin sahiblik edəcək şəhərin adının elan edilməsinin maliyyə çətinlikləri ilə bağlı olmadığını söyləyib.

Omelyan qeyd edib ki, “Eurovision”un keçirilməsi üçün pul var və hazırda təkliflərin dəyərləndirilməsi prosesi gedir.

Daha öncə KİV-də “Eurovision-2017”-ni Ukrayna əvəzinə, Rusiyanın keçirə biləcəyinə dair məlumat yayılmışdı.

N.O.

0
13