Moskvada inkassator maşını qarət edildi – VİDEO

Moskvada inkassator maşını qarət edildi – VİDEO

Moskvanın mərkəzində inkassator maşınına hücum olub, maşında olan şəxslərdən biri yaralanıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hücum edən şəxslərin qəniməti 320 min dollar olub.

Zərərçəkən inkassatorlar bir bankdan digərinə pul aparırdılar.

Hadisə yerinə FHN və hüquq-mühafizə orqanı əməkdaşları gəlib, həmçinin təcili tibbi yardım çağırılıb.

0
6