Maliyyə monitorinqi xidməti İranın adını o siyahıdan çıxardı

Maliyyə monitorinqi xidməti İranın adını o siyahıdan çıxardı

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası əməkdaşlıq etməyən dövlətlərin siyahısını yeniləyib.

 

Qurumdan Lent.az-a verilən məlumata görə, 5 sentyabr 2016-cı il tarixli əmrə uyğun olaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı” yenilənib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 2016-cı ilin 22–24 iyun tarixlərində keçirilmiş plenar iclasında İran İslam Respublikasına qarşı təsir tədbirlərinin 12 ay müddətinə dayandırılması barədə qərar qəbul edildiyindən, İranın adının 24 iyun 2017-ci il tarixinədək “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayət-karlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısı”ndan çıxarılmasına qərar verilib.

0
7