Ermənistanda polis kapitanını döydülər - VİDEO

Ermənistanda polis kapitanını döydülər - VİDEO

Yeni il gecəsi Azadlıq meydanında polisə qarşı güc tətbiq etməkdə ittiham edilən fəal Qevorq Safaryanın işi üzrə məhkəmə iclası qalmaqala görə dayandırılıb. Hadisə nəticəsində məhkəmə zalından iki nəfər çıxarılıb.

Oxu.Az “Aravot” saytına istinadən xəbər verir ki, qalmaqala səbəb təhqirlər olub.

Qalmaqal polis kapitanı Qeqam Xaçatryanın işə dair suallara cavab verərkən bəzilərinə “yadımda deyil” deməsi ilə başlayıb. Buna cavab olaraq zalda olan veteran Qaqik Saruxanyan istehza ilə “Yazığı elə döyüblər ki, yaddaşı itib” deyib.

Xatırladaq ki, Qevorq Safaryan 4-cü xüsusi polis batalyonunun komandiri, polis kapitanı Qeqam Xaçatryana qarşı güc tətbiq etməkdə ittiham edilir.

0
7