MDB-nin xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplaşacaq

MDB-nin xüsusi xidmət orqanlarının rəhbərləri Bakıda toplaşacaq

Sentyabrın 28-də MDB ölkələrinin xüsusi xidmət rəhbərlərinin Azərbaycanın paytaxtında görüşü keçiriləcək.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.

“MDB ölkələri miqrasiya idarələrinin rəhbərləri oktyabrın 12-də Bakıda toplaşacaqlar”, - Lebedev bu barədə “Müstəqil Dövlətlər Birliyinin yaranmasının 25 illiyi” mövzusuna həsr edilmiş açıq tribunanın gedişatında bildirib.

İcraçı katib görüşün gündəliyini açıqlamayıb.

Daha sonra Lebedev əlavə edib ki, oktyabrın 12-də Bakıda Birliyin miqrasiya xidmətlərinin rəhbərləri toplaşacaq. Daha sonra oktyabrın 17-də Yerevanda MDB üzv ölkələrinin sərhəd xidmətlərinin rəhbərlərinin görüşü planlaşdırılıb.

“Bu yalnız yüksək səviyyədədir, mən Minsk və Moskvada, daha sonra digər dövlətlərin paytaxtlarında mütəmadi olaraq görüşən işçi qrupların, müxtəlif ekspert qrupların, birinci növbədə, iclaslarından danışmıram”, - deyə əlavə edib.

A.M.

0
8