KİV: “Eurovision-2017”-ni Ukrayna əvəzinə, Rusiya keçirə bilər

KİV: “Eurovision-2017”-ni Ukrayna əvəzinə, Rusiya keçirə bilər

Əgər Ukrayna hakimiyyətinin oktyabra qədər müsabiqənin hansı şəhərdə keçiriləcəyinə dair qərar qəbul etmədiyi təqdirdə, Rusiya və Avstraliya 2017-ci ildə “Eurovision”nu təşkiletmə haqqı qazana bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Avropa Yayım İttifaqına (EBC) istinadən “İzvestiya” məlumat yayıb.

“2016-cı ildə Ukrayna müsabiqədə qalib gəlib, bu isə müsabiqəni öz ölkələrində qəbul etmə haqqını qazandıqları deməkdir. Qalib statusunu onlardan heç kim ala bilməz. Bununla yanaşı, müddətə gəldikdə, qərar tez bir zamanda qəbul edilməlidir. Ən son müddət – oktyabrın əvvəlidir”, - EBC-dən bildiriblər.

Qeyd edilir ki, tədbirin həmtəşkilatçısı “Eurovision-2016”-da ikinci yeri tutan Avstraliyadır. Avstraliya müsabiqəni qəbul edə bilmir. Belə ki, qaydalara görə, müsabiqə Avropa şəhərində keçirilməlidir. 2017-ci ildə keçiriləcək “Eurovision” müsabiqəsinin ikinci həmtəşkilatçısı müsabiqədə üçüncü yeri tutan Rusiyadır.

Nəşrin məlumatına görə, müsabiqənin Ukraynanın hansı şəhərində keçiriləcəyi və lazımi infrastrukturun hansı vəsaitin hesabına tikiləcəyi məlum deyil.

N.O.

0
10