Prezident Qusardadır – FOTO

Prezident Qusardadır – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaza səfərini başa çatdıraraq Qusara gəlib.

Oxu.Az-ın xəbərinə görə, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.

N.O.

0
11