Lənkərandakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

Lənkərandakı kütləvi zəhərlənmənin səbəbi açıqlandı

Səhiyyə Nazirliyi tərəfindən Lənkəranın Daşdatük kəndində baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi müəyyənləşdirilib.

Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Trend-ə deyib ki, həm Lənkəran rayonunun Daşdatük kəndinin içməli su kimi istifadə edilən bulağından, həm də ona qoşulan bulağın suyundan analizlər götürülüb:

“Analizlərin nəticəsində zəhərlənmənin suyun çirklənməsi nəticəsində baş verdiyi təsdiqlənib. Lənkəran rayonunun Daşdatük kəndinin içməli su kimi istifadə edilən bulağına əlavə su xətti birləşdirilib.

Həm bulağa qoşulan ikinci bulağın suyunda, həm də qarışdırılmış suda salmonella bakteriyaları aşkarlanıb. Amma ilkin bulaqdan götürülən bulağın suyunun göstəriciləri təmiz olub. Bu da onu göstərir ki, çirklənmə mənbəyi elə ilk bulağa əlavə olunmuş bulaqdır”.

Qeyd edək ki, suyun qəbulu nəticəsində 50-dən çox şəxs zəhərlənib. Onların çoxu uşaqlar olub.

0
3