Moskvadakı Azərbaycan Fondundan inanılmaz addım: 250 gənci məktəbə cəlb etdi

Moskvadakı Azərbaycan Fondundan inanılmaz addım: 250 gənci  məktəbə cəlb etdi

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu bu il yenidən bazar günü məktəbimlrinin təşkilinə başlayır. Bu baradə Lent.az-ın müxbiriylə söhbətində Fondu sədri Şamil Tağıyev bildirib. Şamil bəyin dediyinə görə, artıq 250-ə yaxın azərbaycanlı və qeyri-millətlərin nümayəndələri bazar günü məktəbinin dərslərində təhsillərini artırmaq üçün ərizə yazıblar.

“Artıq 5 ilə yaxındır bizim müəllimlərimiz Moskvada yaşayan həmyerlilərimizə və başqa millətlərin nümayəndələrinə Azərbaycan dili, tarixi, ədəbiyyatı, mədəniyyətli dərsləri keçir. Bundan başqa məktəbimizdə ingilis, ispan, ərəb dilləri, dünya fəlsəfəsi, riyaziyyat və kompüter dərsləri də tədris olunur. Bütün dərslər təmənnasızdı. Bir il ərzində Rusiya təhsil ocaqlarında çoxsayli mədəniyyət günləri və dostluq dərsləri keçirik. Fondumuzun ənənəvi tədbirlərindən başqa hər il biz öz qarşımıza lobbicilik fəaliyəti  ilə bağlı tapşırıq qoyuruq və il ərzində addım-addım qarşımızda qoyulan tapşırığa doğru gedirik. Keçən il ən böyük nailiyyətimiz Moskvada və Moskva vilayətlərində yaşayan gəncləri diasporda fəal olmağa cəlb etmək oldu. Bununla bağlı “Diasporaya yaxın ol”  layihəsinə start verildi. Təhsil layihəsindən başqa hər il  “Gənc azərbaycanlı yazarlar festivalı”, “Vüqar Həşimov” adına şahmat turniri, “Məmməd Əmin Rəsulzadə” adına futbol turniri, “Beynəlxalq nərd” yarışı, “Azərbaycan gənclər günü ilə bağlı”  festival, dəyirmi masalar və təqvimin əlamətdar günlərini kütləvi şəkildə qeyd edirik”.

Fond sədrinin dediyinə görə, bu il qarşıya qoyulan məqsəd Rusiya təşkilatlarına inteqrasiya olmaq və fəal gəncləri, çoxsaylı konfranslara və forumlara cəlb etməkdi. “Sentyabr ayı başlanandan artıq bir neçə fəalımız Avrasiya forumunda, elmi və mədəniyyət konfranslarına, Rusiya milli azlıqlar forumuna, Rusiya millətlər assambleyası və bir çox başqa tədbirlərdə fəal iştirak ediblər. Və qarşıda bir neçə fəalımızın digər önəmli tədbirlərdə iştirakı planlaşdırılıb. Onu da qeyd etmək istəyirəm ki, bu il bizim fondun  “Odlar-Yurdu” adlı jurnalı da dərc edildi. Jurnalın yaranmasında fondun fəalları olan Dmitri Kruqlix, Aynur Əliyeva, Aysel Süleymanova, Anar Hacıyev, Səid Həsənov, Nərmin Həsənova və Rəsul bəyin böyük əməyi var. Bu günlərdə bizim iki fəalımız Səid Həsənov və Dmitri Kruqlıx Rusiyanın uzaq və yaxın bölgələrində keçirilən dövlət forumlarında bizim maraqlarımızı təmsil edirlər. Çalışacağıq ki, Moskvada yaşayan hər bir azərbaycanlı fəal, yerli təşkilatların daxilində düzgün istiqamətini tapsınlar. Əgər qarşımıza qoyduğumuz bu ilki məqsədlərimizi şərəfincə yerinə yetirə bilsək, il sonunda qürurla gördüyümüz işlərdən danışa biləcəyik. Moskvada yaşayan hər bir azərbaycanlını bizimlə əl-ələ verib, bizim işlərdə bacardıqları qədər bizə kömək olmaqlarına çağırıram”.

0
11