Sumqayıtda arvadı ilə mübahisə edən kişi müəmmalı şəkildə öldü

Sumqayıtda arvadı ilə mübahisə edən kişi müəmmalı şəkildə öldü

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, şəhər Prokurorluğundan “Report”a verilən məlumata görə, Sumqayıt sakini, 1983-cü il təvəllüdlü Natiq Mədətov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1980-ci il təvəllüdlü Xatirə Məmmədova ilə mübahisə edib.

Münaqişə zəminində ayağından bıçaq xəsarəti alan N.Mədətov qanitirmə nəticəsində dünyasını dəyişib.

X.Məmmədova istintaqa ifadəsində ərinin özü-özünü bıçaqla vurduğunu deyib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Araşdırmalardan sonra N.Mədətovun bıçaqla özü-özünü vurduğu, yoxsa həyat yoldaşı tərəfindən bıçaqlandığı məlum olacaq.

0
16