Mərkəzi Bank “va-bank”a gedir

Mərkəzi Bank “va-bank”a gedir

Bu gün hərraca 300 milyon dollar çıxarıla bilər.

Bu gün Mərkəzi Bank hərraca həmişəkindən 5-6 dəfə artıq dollar çıxaracaq.

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, məqsəd bankların tələbatının ödənilməsi və dövriyyədə dollar kütləsinin artırılmasıdır.

Xatırladaq ki, Dövlət Neft Fondu hər həftənin 2-ci və 4-cü günləri hərrac keçirir. Bu hərracda hər dəfə 50 milyon dollar olmaqla, ümumilikdə həftə ərzində 100 milyon dollar satışa çıxarılırdı. Amma bu bankların tələbatını ödəmirdi.

Belə ki, Mərkəzi Bankdan fins.az-a verilən məlumata görə, sentyabr ayının 6-da həyata keçirilən valyuta hərracı zamanı dollarla bağlı banklardan daxil olan sorğuların ümumi məbləği 588 milyona çatıb.

Bununla bağlı bu gün, yəni sentyabr ayının 8-də Neft Fondu 300 milyon dollar hərraca çıxaracaq.

Qeyd edək ki, hərrac “Bloomberg” platforması üzərindən Mərkəzi Bankın nəzarəti ilə həyata keçiriləcək.

0
13