Türkiyə bundan sonra yay vaxtında qalacaq

Türkiyə bundan sonra yay vaxtında qalacaq

Türkiyədə qış vaxtı ləğv edilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin bu barədə qərarı “Resmi Gazete”də yayılıb.

Qərara əsasən, bu il oktyabrın sonuncu bazar günü ölkədə saatlar 1 saat geri çəkilməyəcək.

27 Mart  2016-cı il tarixdə qəbul edilən yay vaxtı bütün il boyu davam edəcək. Qərara əsasən, ölkədə bundan sonra saatlar dəyişməyəcək.

Qeyd edək ki, Azərbaycanda ötən ildən saatların dəyişdirilməməsi barədə qərar qəbul edilib.

0
11