Əsədin oğlu olimpiadada 3-cü yeri tutdu: Rusiyaya oxumağa gedir

Əsədin oğlu olimpiadada 3-cü yeri tutdu: Rusiyaya oxumağa gedir

Bəşər Əsədin oğlu Hafiz Bəşər əl Əsəd bir qrup suriyalı yeniyetməylə birgə Rusiyada təhsil alacaq. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə Bəşər Əsədin xanımı Əsma Əsəd yeni təhsil ilinin açılışı zamanı çıxışında bildirib. Xanım Əsəd onu da deyib ki, ölkənin istedadlı gəncləri Rusiyaya göndəriləcək və onlar seçdikləri ixtisasa görə, təhsillərini orada davam etdirəcəklər.

Rusiya KİV-in məlumatına görə, prezidentin oğlu Hafiz Bəşər əl Əsəd bu il Suriyanı Malayziyada keçirilən riyaziyyat üzrə dünya olimpiadasında təmsil edib. O, olimpiadada bürünc medala layiq görülüb.

0
12