İnönü Üniversitetinin 25 əməkdaşı həbs edildi

İnönü Üniversitetinin 25 əməkdaşı həbs edildi

Türkiyədə qarşısı alınmış hərbi çevrilişlə əlaqədar saxlanılan İnönü Üniversitetinin 27 əməkdaşından 25-i həbs olunub.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, ilkin araşdırmadan sonra 2 nəfər sərbəst buraxılıb, qalanları barəsində isə həbs qətimkan tədbiri seçilib.

Qeyd olunur ki, saxlanılanlar Universitetin müəllim və elmi işçiləridir.

Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisə nəticəsində 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

0
13