ABŞ-da hərbi təyyarə qəzaya düşdü

ABŞ-da hərbi təyyarə qəzaya düşdü

Missisipi ştatında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus T-45 təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə təlim uçuşu zamanı baş verib.

Məlumata görə, pilot və onun köməkçisi katapult ediblər. Xəstəxanaya çatdırılan ekipaj üzvlərinin həyatına təhlükə olmadığı bildirilir

Hadisənin başvermə səbəbləri məlum deyil. Qəza ilə əlaqədar araşdırma aparılır.

0
9