Nigerdə daşqın: 38 ölü

Nigerdə daşqın: 38 ölü

Nigerdə baş verən daşqınlar nəticəsində 38 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində 92 min insan evsiz qalıb.

Məlumata görə, daşqınlar ən çox Tahua və Aqades rayonlarına ziyan vurub. Ümumilikdə ölkədə 9 min ev dağılıb, 26 min baş mal-qara tələf olub.

Evlərini tərk etmək məcburiyyətində qalanlar məktəblər və digər inzibati binalarda yerləşdirilir.

0
8