Rio-De-Janeyroda XV Yay Paralimpiya oyunları başlayır

Rio-De-Janeyroda XV Yay Paralimpiya oyunları başlayır

Braziliyanın Rio-de-Janeyro şəhərində XV Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilir.

APA-nın məlumatına görə,  mərasim “Marakana” stadionunda təşkil olunub.

Sentyabrın 18-dək davam edəcək Rio de Janeyro Olimpiadasında 160 ölkəni təmsil edən 4 300-dən çox idmançı 22 növ üzrə 528  dəst medal uğrunda mübarizə aparacaq.

Açılış mərasimində Azərbaycan bayrağını ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi İlham Zəkiyev aparacaq. Azərbaycanı Olimpiadada 24 nəfərlə təmsil olunacaq. İdmançılarımız  cüdo, atletika, pauerliftinq, üzgüçülük, güllə atıcılığı və kamandan oxatma növü üzrə yarışlarda iştirak edəcək.

0
17