Türkiyədə AKP-nin binası qarşısında partlayış

Türkiyədə AKP-nin binası qarşısında partlayış

Türkiyənin Van şəhərində Ədalət və İnkişaf Partiyasının (AK Parti) qərargahı ərazisində əldəqayırma bomba partladılıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, partlayış qərargahın ərazisindəki polis məntəqəsinin qarşısında baş verib.

İnsident yerli vaxtla saat 22:30 radələrində qeydə alınıb. Hadisə yerindən qaçan cinayətkarların yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

0
11