Türkiyənin yeni səfiri Bakıya oktyabrın əvvəlində gələcək

Türkiyənin yeni səfiri Bakıya oktyabrın əvvəlində gələcək

Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya oktyabrın əvvəlində gələcək.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

Səfirin sözlərinə görə, Azərbaycan-Türkiyə əlaqələri həmişə olduğu kimi bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcək.

Diplomat vurğulayıb ki, Azərbaycana qarşı yönəlmiş istənilən təhlükə eyni zamanda Türkiyəyə yönəlib.

0
11