Bakıda tələbə qız özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB

Bakıda tələbə qız özünü 17-ci mərtəbədən atdı – YENİLƏNİB

Bakıda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızla bağlı bəzi faktlar məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, A.Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısından ayrılıb. İlkin ehtimala görə, A.Ağaməmmədova buna görə intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

17:58

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Mir Cəlal küçəsi, 63 A ünvanında qeydə alınıb.

1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

0
36