Salyanda yeni məktəb binası inşa olunacaq

Salyanda yeni məktəb binası inşa olunacaq

Prezident İlham Əliyev Salyan şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın xəbərinə görə, sərəncama əsasən Salyan şəhərində 1200 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 (üç) milyon manat ayrılıb.

0
14