Sentyabrda Tbilisi 10 yeni ekoloji və adaptasiyalı avtobus alacaq

Sentyabrda Tbilisi 10 yeni ekoloji və adaptasiyalı avtobus alacaq

İlk on ekoloji təhlükəsiz və adaptasiya olunmuş avtobuslar Tbilisinin küçələrində sentyabrın axırında peyda olacaq.

Oxu.Az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində Tbilisi merinin müavini İrakli Lekvinadze yazıb.

“Bəli, bunlar Tbilisi küçələrində olacaq! Sentyabrın axırında ilk onu, qalan 143-ü isə mərhələlərlə gətiriləcək”, - Lekvinadze yazıb.

Şirkət şərti Tbilisi avtoparkına 7 ay ərzində Avropa standartlarına uyğun 143 avtobusun alınması olan tenderdə qalib gəlib.

Yeni ictimai nəqliyyat məhdud fiziki imkanları olan şəxslərin istifadəsi üçün adaptasiya ediləcək. Uzunluğu 12 metr olan avtobuslar, CNG yanacağı – təbii qaz ilə işləyir. Onlar havaya daha az tüstü buraxır, qara tüstüsü və xoşagəlməz iyi olmur.

N.O.

0
7