Ağdamda oğru dəstəsi tutulub – FOTO

Ağdamda oğru dəstəsi tutulub – FOTO

Ağdam rayonunda oğru dəstəsi saxlanılıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Ağdam rayonunda oğurluqla məşğul olan iki dost polis əməkdaşları tərəfindən yaxalanıb.

Rayonun Ayaq Qərvənd qəsəbəsində Əliyeva Dilbər Əziz qızına məxsus evdən pul oğurlayan dostlar 6 aydan sonra ələ keçiblər. Məlum olub ki, oğurluq edənlər Hüseynov Bəxtiyar Telman oğlu və Əhmədzadə Əhməd Habil oğludur. Onlar qadının evindən 900 manat pul aparıblar.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

0
15