Aİ Rusiyaya qarşı sanksiyaların müddətini artırdı

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini artırdı

Avropa İttifaqına (Aİ) üzv ölkələrinin daimi nümayəndələri sentyabrın 7-də keçirilən iclasda Rusiya və Ukrayna vətəndaşlarına və hüquqi şəxslərinə dair fərdi sanksiyaların müddətini altı ay artırdılar.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Aİ-də olan mənbəyə istinadən məlumat yayıb.

“Daimi Nümayəndələr Komitəsi (Coreper) Şurası Aİ-nin Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozmağa istiqamətlənmiş addımlarla əlaqədar məhdudiyyət tədbirlərinin daha altı ay müddətinə uzadılması niyyətini təsdiqləyib. Bura 146 nəfərin və 37 hüquqi şəxsin səfərlərinə qadağa və aktivlərinin dondurulması daxildir”, - məlumatda deyilir.

Mənbə həmçinin əlavə edib ki, məhdudiyyət tədbirlərinin şamil ediləcəyi şəxslərin və hüquqi şəxslərin siyahısına dəyişikliyin edilməsi planlaşdırılmır. Bununla yanaşı, şəxslərin bu siyahıya daxil edilməsinin əsaslandırılmaları dəyişdirilə bilər.

N.O.

0
13