“Betmen” filminin rejissoru vəfat etdi

“Betmen” filminin rejissoru vəfat etdi

“Betmen” haqqında film və serialdan məşhur olan rejissor Lesli H.Martinson 101 yaşında vəfat edib. Martinsonun ailəsi onun Los-Ancelesdə yerləşən evində dünyasını dəyişdiyini bildirib.

Oxu.Az bu barədə “Deadline” saytına istinadən xəbər verir.

Martinson karyerasına qəzet jurnalisti kimi başlayıb, daha sonra o, “MGM” kino şirkətində çalışıb. Cəbhədən qayıtdıqdan sonra (kinomatoqrafçı İkinci Dünya müharibəsində iştirak edib) Martinson rejissorluqla məşğul olub.

O həm televiziyada, həm də kinoda çalışıb. 1966-cı ildə o, “Betmen” filmini çəkib, 1960-cı illərdə eyniadlı serialın yaradılmasında da iştirak edib. Onun işləri sırasında “Meverik”, “Mümkünsüz missiya” və “Möcüzə qadın” filmləri də yer alır.

0
9