Gürcüstanda ABŞ-ın hərbi bazası yerləşdirilə bilər

Gürcüstanda ABŞ-ın hərbi bazası yerləşdirilə bilər

Gürcüstan parlamentinin spikeri, “Respublika partiyası”nın üzvü David Usupaşvili Gürcüstanda Amerika hərbi bazasının yerləşdirilməsinin tərəfdarıdır.

Oxu.Az “Qruziya Online” istinadən xəbər verir ki, o, bunun ölkə üçün vacib olduğunu hesab edir.

“Gürcüstanın NATO-dakı üzvlüyü real olana qədər ABŞ-ın və ya NATO-nun digər üzvlərinin hərbi bazasının ölkədə yerləşdirilməsinin qayğısına qalmalıdır. Bu, ölkəmizin təhlükəsizliyi və müdafiəsi üçün çox vacibdir”, - David Usupaşvili bu barədə “Rustavi 2” telekanalında yayınlanan “Arçevani” verilişində bəyan edib.

N.O.

0
13