Sloveniyada Avropanın ilk pivə fəvvarəsi açıldı – VİDEO

Sloveniyada Avropanın ilk pivə fəvvarəsi açıldı – VİDEO

Avropada ilk pivə fəvvarəsi Sloveniyanın mərkəzi hissəsində Jalets şəhərində işə düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “RTV Slovenija” dövlət teleradio yayım şirkətinin saytında məlumat yayılıb.

Sentyabrın 6-da baş tutan fəvvarənin açılış mərasimində hava şəraitinin pis olmasına baxmayaraq, mindən çox adam iştirak edib. 6 avro ödəməklə fəvvarədəki pivənin dadına baxmaq olar.

Bu məbləğə bir nəfər beş stəkan pivə içə bilər. Jalets şəhər hakimiyyətinin nümayəndələri bu yeniliyin şəhərə turistlərin cəlb edəcəyinə ümidvar olduqlarını bildiriblər.

0
8