Tanınmış müğənni toyundan sonra hovuz kənarında... - FOTO

Tanınmış müğənni toyundan sonra hovuz kənarında... - FOTO

Türkiyənin tanınmış müğənnisi Berkay Şahin bir müddət öncə toyuna gələn dostları üçün ötən gün hovuz ətrafında məclis təşkil edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, həyat yoldaşı Özləm Ada Şahinlə birgə parti düzənləyən Berkay gecəyə Hakan Altun, Murad Dakılıç, Merve Boluğur, Sinan Akçıl kimi bir çox tanınmışları çağırıb. Hələ ki, bal ayına gedə bilməyən cütlük bu məclisi təşkil etməklə toyunda iştirak edən dostlarına xüsusi diqqət ayırdıqlarını bildiriblər.

Qeyd edək ki, Berkayın silsilə konsertləri başa çatandan sonra cütlük Los Angelesə istirahətə yola düşəcək.

0
7