BMT-nin hesabatı: Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda liderdir

BMT-nin hesabatı: Azərbaycan gəlir səviyyəsinə görə Cənubi Qafqazda liderdir

Azərbaycan orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr sırasına daxildir (12475 - 4126 ABŞ dolları həddində).

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatında (UNIDO) deyilir.

Hesabata əsasən, Azərbaycanın qonşu ölkələri Türkiyə və İran da orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr kateqoriyasına daxil olub.

Sənəddə qeyd olunur ki, Rusiya yüksək gəlir səviyyəsi olan ölkələr kateqoriyasında, Ermənistan və Gürcüstan isə orta həddən aşağı gəlir səviyyəsi olan ölkələr kateqoriyasında yer alıb (4125 - 1046 ABŞ dolları).

Bundan başqa, Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil olub.

0
6