Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı açıqlandı

Qurban bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı açıqlandı

Bakıdakı Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı sentyabrın 12-də saat 9:00-da qılınacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Report”a məscidin axundu hacı Mircəfər Əyyubov məlumat verib.

M.Əyyubov vurğulayıb ki, ölkənin bütün məscidlərində bayram namazı eyni saatda qılınacaq.

Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 12-si və 13-ü tarixlərində qeyd olunacaq.

0
10