Rusiyalı ermənilərə Qarabağ separatçılarına yardım etmək qadağan edildi

Rusiyalı ermənilərə Qarabağ separatçılarına yardım etmək qadağan edildi

“Onların problemləri yarana bilər”.

Qarabağa dəstək üçün yardımların yığıldığı ilk gündən erməni əsilli Rusiya sahibkarlarının hərəkət etmədikləri gözə çarpıb.

Oxu.Az xəbər verir ki, bu barədə erməni qəzeti “Joxovurd” yazır.

“Azərbaycan və Ermənistan silahlı qüvvələri təmas xəttində dördgünlük müharibədən sonra Rusiya əleyhinə əhval-ruhiyyə dalğasının yaranması və ölkənin hakimiyyətinin birbaşa Rusiyanı Azərbaycanı dəstəkləməkdə ittihamı görünür. Rusiya hakimiyyətinin nümayəndələri və xüsusilə də Rusiya prezidenti Vladimir Putini qəzəbləndirib.

Moskva biznesmenlərinin çevrəsindən bizim qəzetə məlum olub ki, Rusiya hakimiyyətinin nümayəndələri erməni əsilli zəngin adamlara Ermənistanı maddi dəstəyinin gələcək fəliayyətinə zərər verəcəyinə dair eyham edilib. Başqa sözlə, erməni əsilli Rusiya sahibkarları seçim qarşısındadırlar: Qarabağa yardım etmək və ya “göstərişə” riayət etmək? Göründüyü kimi onlar ikincini seçiblər”, - “Joxovurd” yazır.

0
18