Göyçayda partlayış: Yaralılar var

Göyçayda partlayış: Yaralılar var

Göyçay rayonunda fərdi yaşayış evində qaz sızması partlayışa və yanğına səbəb olub, bir ailənin 4 üzvü yanıq xəsarətləri alıb.

Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 08:00 radələrində rayonun Malı-Şıxlı kənd sakini, 1980-ci il təvəllüdlü Həşimov Atəş Millət oğluna məxsus evin mətbəxində qaz sızması baş verib.

Hadisə zamanı ev sahibi Atəş Həşimov, həyat yoldaşı, 1982-ci il təvəllüdlü Həşimova Kəmalə Rza qızı, övladları - 2006-cı il təvəllüdlü Həşimova Səbinə Atəş qızı və 2009-cu il təvəllüdlü Həşimov Samir Atəş oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin bir otağı yansa da, qalan hissəsi alovdan mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

0
10