Narkomafiya polis helikopterini vurdu: 4 ölü

Narkomafiya polis helikopterini vurdu: 4 ölü

Meksikanın Miçoakan ştatında polis əməliyyatı zamanı cinayətkarlar helikopteri vurub, nəticədə dörd nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Silvano Aureolesa bildirib.  

Onun sözlərinə görə, helikopter narkomafiya liderlərinin saxlanılması üzrə əməliyyatda iştirak edib. İnsident nəticəsində 3 polis əməkdaşı və 1 pilot həlak olub.

İnsidentin digər təfərrüatları açıqlanmır.  

0
10