ABŞ 13 “Əl-Qaidə” silahlısını məhv etdi

ABŞ 13 “Əl-Qaidə” silahlısını məhv etdi

ABŞ aviasiyasının avqustun 24-dən 4-dək “Əl-Qaidə” silahlılarının Yəməndəki mövqelərinə endirdiyi zərbələr nəticəsində 13 terrorçu ölüb, 1 nəfəri yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Yaxın Şərqdəki komandanlığının açıqlamasında bildirilir.

Pentaqonun xəbərinə görə, zərbələr Şabva əyalətində 24 və 30 avqust, habelə 4 sentyabr tarixlərində endirilib.

Əməliyyatın digər təfərrüatları açıqlanmır.  

0
10