Ərdoğan "G-20"-də Rusiya və ABŞ prezidentlərinin hər biri ilə iki dəfə görüşübmüş

Ərdoğan "G-20"-də Rusiya və ABŞ prezidentlərinin hər biri ilə iki dəfə görüşübmüş

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək üçün Rusiya və ABŞ həmkarlarının hər biri ilə əlavə danışıqlar aparıb.

APA-nın məlumatına görə, bu barədə  NTV yerli telekanalın efirində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

“Rusiya və ABŞ prezidentləri ilə ikitərəfli görüşlərindən sonra Ərdoğan onlarla daha bir görüş keçirib... Ankara Türkiyə sərhədlərində terror təhlükəsinin ləğvi məsələsi ilə bağlı tam dəstək alıb.  İndi bu zonanı genişləndirmək gərəkdir. Bu səbəbdən də, müxalifət qüvvələri yeni ərazilər azad edərək, Suriyanın dərinliyinə doğru irəliləyirlər”, - deyə Kalın bildirib.

Onun sözlərinə görə, hazırda İŞİD artıq Türkiyə sərhədləri üçün təhlükə yaratmır, çünki Suriya-Türkiyə sərhədinin 90 km-lik hissəsi terrorçulardan tam təmizlənib.    

0
10